
Azərbaycan açıq şəkildə soyqırım nümayiş etdirir və Dağlıq Qarabağın yerli əhalisini öz evlərini tərk etməyə məcbur edir.
Bu barədə iyulun 4-də ATƏT PA-nın illik plenar iclasında “Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan bildirib.
Deputat qeyd edib ki, Dağlıq Qarabağ faciəsi beynəlxalq ictimaiyyətin heç bir sanksiyaları olmadan davam etdiyi halda, Azərbaycan və Türkiyə beynəlxalq hüquqa tam məhəl qoymadan öz pantürkist ideyalarını təbliğ edirlər.
“Dünən Əliyev Azərbaycanın “Qisas-3” layihəsini həyata keçirməyə hazırlaşdığını təkrar edəndə təəssüflər olsun ki, optimistliyi saxlamaq çətindir.
Diqqət edin, burada əsas söz qisasdır. Çətindir optimistliyi saxlamaq, haçan ki, Azərbaycan nümayəndə heyətinin üzvləri assambleyanı çaşdırmağa cəhd edir.
Bu vəziyyət 20-ci əsrin əvvəllərində Erməni Soyqırımı ilə bağlı faciəli xatirələri xatırladır” – deyə Lilit Qalstyan vurğulayıb.
Erməni deputat ATƏT PA-nı Azərbaycana qarşı daha sərt addımlar atmağa çağırıb.
“Sizin tolerantlığınız Azərbaycanın etnik təmizləmə siyasətini davam etdirməsi, qədim xristian sivilizasiyasının öz vətənindən qovulması üçün yaşıl işıq kimi xidmət edəcək.
Dağlıq Qarabağ ermənilərinin taleyinin geosiyasi maraqlara qurban verilməsinə imkan verməyin. Təcavüzlə müşayiət olunan səylər sülhü sabitliyi təmin edə bilməz.
Azərbaycanın soyqırım davranışı sübut edir ki, Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun alternativi yoxdur” – deyərək Lilit Qalstyan qeyd edib.







