Başlıcaİctimaiyyət

CCED: “Kaliforniyadan  daha çox  ermənilər öz tarixi vətənlərinə qayıdırlar”

Hovik Manuçaryan təyyarəyə minərək müharibənin getdiyi ölkəyə qayıdıb.

KQED portalı yazır ki, 2020-ci ilin payızı idi, o, hiss edirdi ki, vətəni Ermənistan onu köməyə çəkir.

“O, tənha  deyil. Bir çox ermənilər kimlər ki, ölkənin sərhədlərindən  kənarda böyüyüblər müntəzəm olaraq  Kaliforniyada  qayıdış miqrasiyası qaydasıyla qayıdır

Onlar öz mədəniyyətləri və icmaları ilə daha sıx əlaqə axtarır və ABŞ-da əldə etdikləri bacarıqlardan istifadə edirlər. Ölkədə vəziyyəti dəyişməkçün.Çoxları öz xüsusi təcrübəsindən yox, danışıqlardan  tanıyır”- deyərək KİV-I yazıb.

Bu əks miqrasiya öz bəhrəsini verir. Kaliforniyalılar biznes və qeyri-kommersiya təşkilatlarına başlayırlar. Bəziləri Ermənistan hökumətinə işləyir, bəziləri Ermənistanın texnologiya sektorunun inkişafına kömək edir və ya Artsax ərazisi uğrunda Azərbaycanla 44 günlük müharibədən hələ də sağalmaqda olan bu kiçik ölkədə infrastrukturun inkişafı üçün çalışır.

33 yaşlı Nanor Balabanyan yayda Santa Barbara, Kaliforniya Universitetinin tələbələri ilə birlikdə ölkəyə səfər edib.

Onlar Kaliforniyada keçirilən ianə aksiyasından sonra evdə aldıqları avadanlıqdan istifadə edərək ucqar erməni kəndində kompüter laboratoriyası yaradıblar.

Balabanyan ilk yayda başladığı işi təhsilə çıxışı genişləndirməyə kömək edən və erməni kəndlərində liderlik imkanları verən Gizli Yol Təşəbbüsü adlı tam hüquqlu qeyri-kommersiya təşkilatına çevirdi.

Balabanyanın işi Ermənistanda baş verən əks beyin axınının nümunəsidir. Media vurğulayır ki, Los-Ancelesdən və ştatın digər bölgələrindən olan təhsilli, bacarıqlı işçilər öz ölkələrini tərk edənlərin əvəzinə (ABŞ-da fürsət tapmaq üçün) öz bacarıqlarını Ermənistana qaytarırlar.

San Fernando vadisində böyüyən 28 yaşlı Mikayel Matosyan Los-Ancelesdə bərpa olunan enerji sənayesində çalışıb. İndi o, biliklərini Ermənistanda istifadə edir.

Amma Spyurkda (diasporda) böyüyənlərin çoxu üçün Ermənistana köçmək asan olmadı. Matosyan və bir çox digər Kaliforniyalılar Qərbi Erməni dilində danışırlar, bu dildə erməni soyqırımı zamanı ölkənin Türkiyə tərəfindən ilhaq edilmiş hissəsini tərk etmiş onların nəsilləri adətən danışırlar.

Buraya köçən bir çox Kaliforniyalılar Ermənistan paytaxtında danışılan yerli Şərqi erməni ləhcəsini öyrənməyə məcbur olurlar. Matosyanın sözlərinə görə, Yerevana gəldikdən sonra danışarkən heç vaxt özünü narahat hiss etməyib.

“Mən bura daxil olmaq istəyirdim, amma o vaxtdan bu ideyadan vaz keçdim, öz ləhcəmdə danışmaq mənim üçün əlverişlidir” – deyə Matosyan bildirib.

Yaşlı Kaliforniyalılar 2020-ci ildə könüllü olaraq ailəsini Yerevana gətirən necə ki, Hovik Manuçaryan idi.Deyirlər ki,  müharibə zamanı övladlarının erməni dili və erməni mədəniyyəti ilə daha sıx əlaqədə böyüməsini istəmişlər.

Bu addım Manuçaryanın üç övladı üçün böyük dəyişiklik idi, lakin onlar yeni erməni məktəbinə gələrkən özlərini arzu olunan  qonaqlar olduğunu hiss etmişlər.

Daha çox göstər
Back to top button