
Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Josep Borel bəyanatla çıxış edib.
“Avropa İttifaqı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yerli əhaliyə təsir edən ciddi humanitar vəziyyətdən dərin narahatdır. Laçın dəhlizinin yenidən açılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin göstərişlərinə baxmayaraq, yeddi aydan çoxdur ki, Laçın dəhlizindən keçən nəqliyyatın hərəkətinə maneələr yaradılır.
Dərmanlar və zəruri mallar çatışmır və ya artıq tükənib, bu da yerli əhali üçün ağır nəticələrə səbəb olur.
Azərbaycan hakimiyyəti Laçın dəhlizi ilə təhlükəsizliyə və hərəkət azadlığına zəmanət verməyə və böhranın daha da genişlənməsinin qarşısını almağa borcludur.
Biz Azərbaycan hakimiyyətinin Ağdam şəhəri vasitəsilə mal tədarük etmək istəyini də nəzərə aldıq. Bu, Laçın dəhlizinin açılmasına alternativ kimi qəbul edilməməlidir.
Aİ həmçinin BQXK-nın regiondakı əməliyyatlarının ciddi şəkildə təsirləndiyini vurğulayır və tibbi təxliyə və humanitar yardımın çatdırılması da daxil olmaqla, onun tam bərpasına çağırır. Aİ vurğulayır ki, humanitar yardım hər iki tərəf tərəfindən siyasiləşdirilməməlidir.
Avropa İttifaqı və xüsusən də Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin dəstəklənməsi, eləcə də Bakı ilə Stepanakert arasında dialoqun təşviqində fəal iştirak edib.
Bu, həm də bütün tərəflərin ümumi maraqlara və qarşılıqlı etimada əsaslanan danışıqların nəticəsi və gələcəyinə səmimi bağlılığını tələb edir.







