
Qeyd edib ki, 2018-ci ildə Müdafiə naziri təyin olunanda Ermənistan Silahlı qüvvələri özündən 2-3 dəfə üstün olan qüvvəyə müqavimət göstərə bilib.
Yəni müdafiə döyüşünün aparılması baxımından Ermənistan Silahlı qüvvələrinin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Bu haqda Davit Tonoyan 44 günlük müharibənin şəraitini öyrənən istintaq komissiyasının açıq iclasında Müdafiə naziri vəzifəsini icra edən zaman Silahlı qüvvələrin hansı vəziyyətdə olması ilə bağlı sualı cavablandırarkən bildirib.
Tonoyan qeyd edib ki, Ermənistan Respublikasına qarşı təhdidlərə qarşı durmaq, eləcə də Artsax xalqının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan Silahlı qüvvələri öz qüvvələrindən 2-3 dəfə üstün qüvvəyə müqvimət göstərə biliblər.
Hesaba almaqla qoşunların hazırlıq dərəcəsini, coğrafiyasını, o xüsusiyyətləri hansını ki, Silahlı qüvvələrin var idi.
“Niyə 2-3 dəfə üstün deyirəm? Demək istəyirəm ki, Silahlı qüvvələrin hazırlıq səviyyəsi müdafiə döyüşü baxımından kifayət idi. Bu, mənim qiymətləndirməm deyil, hesablanmış və əsaslandırılmış məlumatdır” – deyərək David Tonoyan bildirib.
“KP” fraksiyasının deputatı Vahaqn Aleksanyan sual edib ki, 44 günlük müharibə başlayanda Azərbaycan silahlı qüvvələri texniki təchizat baxımından Ermənistan silahlı qüvvələrindən 2-3 dəfəmi üstün olub yoxsa fərq daha böyük idi.
Davit Tonoyan dəqiqləşdirdi ki, o, müharibənin başladığı vaxtda qüvvələr nisbəti ilə bağlı suala yox, Silahlı qüvvələrin hazırlıq vəziyyəti ilə bağlı suala cavab verib.







