
2020-ci il noyabrın 9-da imzalanmış sənəd sülh müqaviləsi və ya sülh sövdələşməsi deyil. Bu haqda ER Baş naziri Nikol Paşinyan Euronews telekanalına müsahibə verərkən deyib.
“Lakin o qədər de-yure yox, b o qədər de fakto olaraq onun bir sıra müddəaları kobud şəkildə pozulubdur.
Ona görə ki, bəli, sizinlə mən razıyam, bəli, mən sizinlə razıyam ki, bu, sülhün gələcək arxitekturasının bəzi təssəvvürü ola bilər.
Təəssüflər olsun ki, bir çox müddəalar elə Azərbaycan tərəfindən mütəmadi olaraq pozulur. Siz Qarabağdan sualınızı qeyd etdiniz Qarabağ barədə danışdınız və bu hamı üçün anlaşılandır.
Amma,məsələn, Azərbaycan tərəfi israrla qeyd edir ki, Dağlıq Qarabağ yoxdur, baxmayaraq ki, noyabrın 9-da üçtərəfli bəyannamədə “Dağlıq Qarabağ” subyektinin varlığı sahmanlaşmışdır.Məhz Azərbaycan prezidenti həmin bəyannamənin altında imza atmışdır.
Üstəlik, qeyd olunur ki, DQ-da təmas xətti mövcuddur və o da üçtərəfli bəyənnaməni 7-ci bəndində təstiq olunub.
Bundan başqa, qaçqınlar və məcburi köçkünlər BMT-nin Qaçqınlar məsələləri üzrə ali komissarlığı idarəsinin himayəsiylə Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıdır.
Təəssüf ki, Azərbaycan bu öhdəliyi və bu hüququ bu günə qədər təmin etməyib. Üstəlik, müharibə zamanı bir sıra ermənilərdən tərk edilmiş kəndlərdə tikinti işlərini aparır və Azərbaycan əraziləri azərbaycanlılarla məskunlaşdırmaq üçün elan edir.
Qeyd etmək lazımdır ki,üçtərəfli bəyənnamənin 8-ci bəndinə zidd olaraq əsirləri və girovları ümumiyyətlə başqa həbs edilmiş şəxslər geri qaytarılmayıb.
Bu yaxınlara qədər Ermənistan Respublikasından, Ermənistan tərəfdən 33 əsir olub, bu yaxınlarda 2 nəfər də oğurlanıb”- deyərək Paşinyan qeyd edib.
Paşinyan deyib ki, Laçın dəhlizi bağlanıb ki, hansı ki, həmçinin üçtərəfli bəyənnamənin müddəalarının pozulmasıdır.
“Sizin qeyd etdiyiniz Laçın dəhlizi hansı ki, sizin xatırlatdığınız üçtərəfli bəyənnamədə təstiqini tapıbdır və hansı ki, Dağlıq Qarabağın Ermənistan Respublikasıyla əlaqələrini təmin edirdi və ona əsasən o cümlədən Azərbaycan prezidentinin imzasıyla gərək orada rus sülhməramlılarının nəzarətində olmalıydı.
Qeyd edək ki, Laçın dəhlizi yalnız yol deyil istərdim ki, Sizin diqqətinizi 5 km eni olan əraziyə cəlb edim ki, o da Azərbaycan tərəfindən qeyri-qanuni bağlanmışdır”.







