
Rusiya Xarici işlər nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində bildirib ki, biz Sünik vilayətinin Kapan şəhərində RF Baş Konsulluğunun açılışına fəal şəkildə hazırlaşırıq.
“Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə ölkələrimizin liderləri tərəfindən bəyənilib. Artıq sentyabr ayında rusiyalı diplomatlar “yerdə” əməliyyat məsələləri ilə birbaşa məşğul olmaq üçün regiona səfər edəcəklər” – deyərək o, qeyd edib.
O, həmçinin deyib ki, Moskva ilə Yerevan arasında KTMT, Aİİ və MDB çərçivəsində, eləcə də müxtəlif beynəlxalq platformalarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında sıx xarici siyasət koordinasiyası qurulub.







