
ABŞ konqresmeni Frank Fallon hesab edir ki, sözlər əmələ çevrilməlidir və Azərbaycan prezidenti Qarabağda apardığı etnik təmizləmə kampaniyasına görə cavab verməlidir.
Aldığımız “məlumaa görə, o, ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı zamanı Blinkenin Laçın dəhlizinin açılması çağırışını təkrarlamasına belə cavab verib:
“Dövlət katibi Blinken haqlı olaraq Laçın dəhlizinin blokadasına son qoymağa çağırır. Lakin bu sözlərin ardınca mənalı hərəkətlər edilməlidir, xüsusən də Qarabağda humanitar böhran dərinləşməkdə davam edir”- deyə Palon X (əvvəllər Twitter)
sosial səhifəsində yazıb.
Konqresmen sülhün bərqərar olması üçün Azərbaycan prezidenti İlham Əliyevin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.
“Əliyevin insanlığa qarşı cinayətləri və onun “qəsdən etnik təmizləmə kampaniyası aparmasının nəticələri olmalıdır”- deyə yazıbaraq əlavə edib ki, “Əliyev Azərbaycanın erməni xalqına qarşı təcavüzünə görə cavab verməzsə Qafqazda sülh bərqərar olmayacaqdır”.







