BaşlıcaSiyasət

ER-da AB  missiyası ən narahat olan bölgələrdə patrul xidməti gücləndirib

AB-nin Ermənistanda olan  missiyası Ermənistan-Azərbaycan sərhədinin ən narahatedici ərazilərində patrulların gücləndirilməsi barədə məlumatlandırıb.

“Biz Ermənistan-Azərbaycan sərhədində gecə-gündüz və cəbhə xəttində hər hansı hərbi inkişafa, o cümlədən qoşunların toplanmasına, yerdəyişməsinə və ya atışmalara nəzarət etmək üçün patrul xidmətini həyata keçiririk.

EUMA (AB-nin Ermənistandakı missiyası – red.) ən çox narahatlıq doğuran ərazilərdə patrul xidmətini gücləndirib. Vəziyyətlə bağlı  AB-ni məlumatlandırmaq və deeskalasiyaya töhfə vermək məqsədi ilə edilir” – deyərək  AB-nin Ermənistandakı missiyasının bəyanatında bildirilib.

Daha çox göstər
Back to top button