
ER xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı ilə görüşüb. Mirzoyan özünün X səhifəsində bildirib.
“İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ilə görüşdə Azərbaycanın Dağlıq Qarabağa qarşı hərbi təcavüzünün Cənubi Qafqazın sabitliyini ciddi şəkildə təhdid etdiyini vurğuladım.
Sabitlikdə maraqlı olan bütün tərəfdaşlar təcavüzün qəbuledilməzliyi barədə aydın mesaj verməli və Bakını konstruktiv yola çıxarmalıdır”.







