
Dövlət Departamentinin sözçüsü Metyu Miller sentyabrın 27-də keçirdiyi btifinqdə bildirib ki, Birləşmiş Ştatlar ləyaqətli və davamlı sülhün əldə oluna biləcəyi danışıqlar masasına qayıtmaq istəyir.
Sülh danışıqlarının vəziyyəti ilə bağlı sözçü deyib ki, bu aralarında ciddi fikir ayrılıqları olan iki tərəfdən asılıdır. Onlar özləri razılığa gəlməlidirlər.
“Onları irələliləməyə təkan vermək üçün əlimizdən gələni edə bilərik”.
Onun sözlərinə görə, dövlət katibi Azərbaycan prezidenti və ER Baş naziri ilə birbaşa danışıqlar aparıb. Yalnız son 10 gün ərzində və ümumlidə son ayda bir sıra rəsmilər regiona səfər etdilər.
Hazırkı vəziyyətdə Rusiyanın rolu ilə bağlı sualına Miller deyib ki, “Rusiya ötən həftə məhsuldar rol oynamayıb”.