BaşlıcaSiyasət

Valeri Buaye BMT nümayəndələrinin Dağlıq Qarabağa səfərini maskarad adlandırıb

Fransa Senatının “Respublikaçılar” fraksiyasının üzvü, Fransa-Ermənistan dostluq qrupunun sədr müavini Valeri Buaye BMT nümayəndələrinin Dağlıq Qarabağa səfərini maskarad adlandırıb. “Armenpress”in məlumatına görə, bunu Valeri Boyer “C dans l’air” verilişində deyib.

“Düşünürəm ki, Ermənistan bu gün qorunmalıdır, lakin bu gün baş verən maskaradla (BMT missiyasının Dağlıq Qarabağa səfərini nəzərdə tutur-red.) yox. Azərbaycanın missiyada iştirak etmək üçün seçdiyi ölkələrin siyahısı varmı? “Orada (Dağlıq Qarabağda-red.) heç kim yoxdur”, – deyə Buaye bildirib.

O, bəyan edib ki, Fransa Azərbaycandakı səfirini geri çağırmalı və Azərbaycan prezidenti İlham Əliyevə qarşı sanksiyalar tətbiq etməlidir.

30 il sonra BMT missiyası ilk dəfə olaraq Dağlıq Qarabağa bir günlük səfər təşkil etdi və bu səfər missiyanın bəyanatı ilə müşayiət olundu. BMT missiyasının bəyanatına görə, onlar “əhalinin Dağlıq Qarabağı tərk etmək barədə qəfil qərarından şoka düşüblər”. BMT missiyasının bəyanatında o da qeyd olunur ki, mülki və kənd təsərrüfatı infrastrukturuna heç bir ziyan və ya dağıntı baş verməyib, sahibsiz heyvan və ya ev heyvanlarına rast gəlinməyib. Mətbuatda yayılan məlumata görə, Dağlıq Qarabağa səfər edən BMT missiyasının tərkibinə Türkiyə, Pakistan, Albaniya, Macarıstan və Rusiya nümayəndələri daxil edilib.

Daha çox göstər
Back to top button