BaşlıcaSiyasət

Mən Aİ-nin Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləmək istərdim: Yaneş Lenarçiç

Aİ Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağın erməni əhalisinə qarşı apardığı və 100 mindən çox insanın Dağlıq Qarabağdan didərgin düşməsinə səbəb olan son hərbi əməliyyatı kəskin şəkildə pisləyib. Bu barədə Yerevanda keçirilən mətbuat konfransında Aİ-nin böhranın idarə edilməsi üzrə komissarı Yaneş Lenarçiç bildirib.

Onun sözlərinə görə, Aİ vəziyyətə tez reaksiya verib və sürətlə 5 milyon avroya yaxın humanitar yardımı səfərbər edib, bir neçə gün ərzində bu məbləğ iki dəfə artaraq 10 milyon avroya çatacaq.

“Həmçinin, biz Aİ-nin mülki müdafiə mexanizmini işə saldıq və mən çox şadam ki, Aİ-yə üzv dövlətlər cavab verə bildilər. Artıq bir çox ölkələr hazır olduqlarını bildirib və Ermənistana öz dəstəyini təklif ediblər. Xüsusilə, gigiyena maddələrindən, yeməklərdən, dərmanlardan danışırıq. Artıq xəstəxanalara gigiyena vasitələri, dərmanlar verilir.

Bu ölkələr Avstriya, Belçika, Almaniya, Fransa, Bolqarıstan, İtaliya, Litva, Lüksemburq, Polşa, Rumıniya, İspaniya, İsveç və Norveçdir.

Mən Aİ-nin Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləmək istərdim”, – deyə o bildirib.

Daha çox göstər
Back to top button