
Azərbaycanın XİN başçısı Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı durumu müzakirə olunub.
Kleverli bölgədə sülh və etimad quruculuğu səylərinin davam etdirilməsinin, bu xüsusda Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyi üzrə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







