
Ermənistan Fransadan üç GM200 radilokasiya sistemi alacaq. Bu barədə “Reuters” məlumat verib.
Qeyd olunur ki, Ermənistan və Fransa “Thales” şirkətinin istehsalı olan 3 radarın satışına dair razılığa gəlib və gələcəkdə “Mistral” hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıb.







