
Biz gələndən sonra hadisələrin sayı azalıb, insanlar evlərini tərk etmirlər. Biz münaqişəyə beynəlxalq diqqəti artırmışıq, lakin qərəzsizliyi təmin etmək üçün insidenti kimin başlatdığını söyləməkdə azad deyilik.
Bunu Aİ-nin Ermənistandakı Mülki Monitorinq Missiyasının (EUMA) rəhbəri Markus Ritter “APRI Ermənistan” analitik mərkəzinin “Qeyri-müəyyənlikdə irəliləyiş” konfransında deyib.
“Bizim missiyamız qabaqlayıcı amil kimi xidmət edir. İnsanlar özlərini daha çox sorunmuş hiss eləyirlər. Bizim üçün mülki əhali ilə ünsiyyət qurmaq, onların əhval-ruhiyyəsini anlamaq vacibdir. Bu barədə Brüsselə də məlumat veririk”, – deyən Riter vurğuladı.
O qeyd edib ki, missiyanın yerləşdirilməsindən sonra Azərbaycan tərəfindən Ermənistan ərazisinə heç bir zorla daxil olmalar olmadı.
“Məqsəd budur. Vəziyyət stabildir, gücləndirmə işləri aparılır”, – Riter izah edib.
Aİ nümayəndəsi vurğuladı ki, missiya gizli əməliyyatlar həyata keçirmir.







