
Oktyabrın 28-də Maltada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O`Brayen və Fransa Prezidenti Emmanuel Makronun köməkçisi Bertran Buxvalterlə görüşüb.
Bu haqda ER Təhlükəsizlik Şurasının idarəsindən məlumatlandırılıb.
Təhlükəsizlik Şurasının idarəsindən verilən məlumata görə, həmsöhbətlər Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və sülhün bərqərar olması yollarını müzakirə ediblər.







