BaşlıcaSiyasət

ER XİN-in sözçüsü Rusiya XİN-in rəsmi nümayəndəsinin bəyanatına münasibət bildirib.

ER XİN sözçüsü Rusiya XİN-in rəsmi nümayəndəsinin bəyanatına münasibət bildirib

Şərhdə xüsusi qeyd olunur:

“Ermənistan Respublikası hökuməti bu yaxınlarda “Sülhün kəsişməsi” layihəsini dərc etdi, onun fundamental prinsiplərindən belə görünür ki, regional kommunikasiyalar açıldığı halda Ermənistan Respublikası öz ərazisində onun dövlət qurumları   sərhəd və gömrük nəzarətini həyata keçirməlidir..

Bundan əlavə, bu yaxınlarda ERMTX-də  xüsusi bir şöbə yaradıldı, onun vəzifəsi bu kommunikasiyaların təhlükəsizliyini, habelə regional kommunikasiyalar açıldığı təqdirdə malların, yüklərin, nəqliyyat vasitələrinin və insanların keçidini təmin etməkdir.

Ermənistan Respublikası heç vaxt öz suverenliyinin heç bir sənədlə məhdudlaşdırılması ilə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsinə üçüncü ölkənin nəzarəti yaradıla bilməz” –  deyərək şərhdə qeyd olunur.

Qeyd edək ki, bir müddət əvvəl RF Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, üçtərəfli sazişlərə uyğun olaraq, Azərbaycan və Naxicevan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarət sərhəd orqanları tərəfindən Rusiya FSB-nin mühafizə xidməti  həyata keçiriləcək.

Daha çox göstər
Back to top button