
Noyabrın 21-də Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Dağlıq Qarabağda baş verən hadisələrdən zərər çəkmiş insanların ehtiyaclarını ödəmək üçün 4,1 milyon dollardan çox məbləğdə əlavə humanitar yardım göstərdiyini elan edib.
Alınan məlumata görə, bu haqda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin erməni missiyası məlumat yayıb və qeyd edib ki, əlavə maliyyə ilə yanaşı, 2020-ci ildən ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətə cavab vermək məqsədi ilə humanitar yardımı 28-ə yaxın milyon ABŞ dolları təşkil edib.







