
Yerevanın KTMT Xarici işlər nazirlərinin Cənubi Qafqazda sülhün əldə edilməsi səylərinin dəstəklənməsi ilə bağlı bəyanatının gündəmdən çıxarılması xahişindən sonra Ermənistana KTMT-ının müşahidə misiya göndərməsi qərarı haqqında layihəsi və digər praktik vasitələri istiqamətində işləri davam edilir.
Bu haqda KTMT-ı katibliyinin şərhində deyilir: “Erməni tərəfi Minskdə KTMT-ı qanunverici orqanlarının gələcək iclasları ərəfəsində layihəni gündəliyindən çıxarmaq təklifini edib. Ermənistana müşahidə misiya göndərmək və digər praktik vasitələr həyata keçirmək haqqında KTMT-ı şurasının qərarının layihəsi istiqamətində işlər davam edilir”-deyə bəyanatda bildirilir.
Dünən KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenkoya bildirmişdir ki, Ermənistan təşkilatın tərəfdaşlarından yardım sənədini gündəmdən çıxarmağı xahiş etmişdir.







