Beynəlxalq Cinayət Məhkəməsində Ermənistanın potensial inkişaf proqramları müzakirə edilib

Beynəlxalq Cinayət Məhkəməsində Məhkəmənin iştirakçı dövlətlərinin səfirlərinin və digər nümayəndələrinin iştirakı ilə keçirilən müzakirənin iştirakçıları Məhkəmənin səmərəliliyinin artırılması, Ermənistan üçün mümkün potensialın inkişafı proqramları və qarşıdan gələn İştirakçı Dövlətlərin Assambleyası haqqında fikir mübadiləsi aparıblar. Bu barədə Ermənistanın Hollandiyadakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.
“Niderland səfiri Henk Kor van der Quast və Cənubi Koreya səfiri Hyeong-chan Chonun dəstəyi ilə Beynəlxalq Cinayət Məhkəməsində səfir Viktor Biyaqov və Məhkəmənin iştirakçısı olan dövlətlərin səfirləri və digər nümayəndələrinin iştirakı ilə müzakirə aparılıb.
Ermənstanın səfiri görüş iştirakçılarına Ermənistan tərəfindən Roma Statutunun ratifikasiyası prosesini təqdim edib.
Görüşdə iştirakçılar Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılması, Ermənistan üçün potensialın inkişafı proqramları və qarşıdan gələn İştirakçı Dövlətlərin Assambleyası ilə bağlı fikir mübadiləsi aparıblar.







