
Yerevanda Dekabrın 14-15-də dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlər görüşü keçiriləcək. Bu Ermənistanda BMT-ilə təşkil edilmiş ən böyük tədbirlərdən biridir.
Aldığımız məlumatına görə, nazirlərin görüşü “Möhkəm və sabit iqtisadiyyatlar naminə ədalətli, əlverişli və inklüziv nəqliyyat əlaqəsinin təşviq edilməsi” adı altında keçiriləcək və 2024-cü il İyun ayında Kiqalidə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) üçüncü konfransı ərəfəsində təşkil olunacaq rəsmi tematik görüşü olacaqdır.
Tədbirdə 30-dan artıq xarici nümayəndə heyətləri iştirak edəcəklər. Onların sırasında dənizə çıxışı olmayan inkişaf etməkdə və tranzit olan ölkələrin nümayəndələri, xüsusilə Botsvana və Nepal Xarici işlər nazirləri, Zimbabve, Esvatini və Lesotonun nəqliyyat nazirləri, Malavinin turizm naziri, Paraqvay və Gürcüstanın Xarici işlər nazirlərinin müavinləri, Tacikistan, Qazaxıstan, Türkmənistanın nəqliyyat nazirlərinin müavinləri daxildirlər.
Tədbirdə həmçinin beynalxalq təşkilatların nümayəndələri, məsələn, BMT Baş katibinin müavini və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələri üzrə məsələlərinin ali nüamyəndəsi Rabab Fatiman, BMT Avropa iqtisadiyyət komissiyasının icraçı katibi Tatiana Molçan, TRANSEKA-nın Baş katibi Aset Asabayev, Ticarətin ümumdünya təşkilatının baş direktorunun müavini iştirak edəcəklər.
BMT-nin Afirka, Asiya və Sakit okeanının iqtisadi və sosial komissiyaları, Dünya gömrük taşkilatı və Qara dəniz iqtisadi əməkdaşlığının baş katibləri video mesajlarla çıxış edəcəklər.







