
Beynəlxalq Valyuta Fondu 2023-cü ildə Ermənistan üçün ÜDM-in 7 faiz, 2024-cü ildə isə 5 faiz artacağını gözləyir. Bunu BVF Ermənistanla kredit sazişinin icrasının yenidən işlənmiş nəticələrinə dair şərhində qeyd olunub.
Beynəlxalq Valyuta Fondu proqnozlaşmalarına görə, 2024-cü ilin ortalarında inflyasiya Mərkəzi Bankın 4%-lik hədəf indeksi ətrafında sabitləşəcək.
Yenidən baxışın nəticələrinə görə, Ermənistan 24,4 milyon ABŞ dolları həcmində daha bir kredit tranşı alıb, kredit vəsaitlərinin ümumi mövcudluğu isə 73,3 milyon ABŞ dollarına yüksəlib.
BVF-nin direktor müavini Bo Li vurğulayıb ki, Ermənistan mülayim inflyasiya şəraitində iqtisadiyyatda əhəmiyyətli artım nümayiş etdirir, lakin iqtisadiyyatda qeyri-müəyyənlik var, ona görə də Mərkəzi Bankın və Maliyyə Nazirliyinin siyasətində ehtiyatlılıq özünü doğruldur.







