
Avrasiya İqtisadi İttifaqına üzvlüyünün Ermənistana müsbət təsiri var. Son bir neçə ildə Ermənistan Aİİ-nin üzvü kimi böyük iqtisadi uğurlar əldə edib. Biz isə bütün bunlara Aİİ çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində nail olduq.
Bu barədə “Ermənistan Aİİ-də. inteqrasiya prosesinin hazırkı nəticələri və görünən perspektivləri” mövzusunda mətbuat konfransı zamanı iqtisad elmləri doktoru, professor Tatul Manaseryan bildirib.
İqtisadçı qeyd edib ki, “2022-ci ildə Ermənistan iqtisadiyyatının artımı nəticələrə görə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında ən yüksək göstərici olub. Beləliklə, Ermənistan iqtisadiyyatı əvvəlki illə müqayisədə 12,6 faiz artıb.
2022-ci ildə bütövlükdə Aİİ iqtisadiyyatı 1,6 faiz azalıb. 2023-cü ilin ilk 11 ayında Rusiyanın ümumi mal dövriyyəsindəki payı azalsa da, Ermənistanın xarici ticarət dövriyyəsi bu dövrdə təxminən 42 faiz, Avrasiya İqtisadi İttfaqı ilə isə 38 faiz artıb”.
O, Milli Statistika Komitəsinin məlumatlarını da təqdim edib. 2023-cü ilin yanvar-oktyabr aylarında Ermənistanın xarici və qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41,2 faiz artaraq 15 445 535,0 min dollar təşkil edib.
Manaseryan vurğuladı ki, 2023-cü ilin 10 ayında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 40,8 faiz artaraq 5,4 milyard dollar təşkil edib.
O, son vaxtlar Yuxarı Larsda erməni malları ilə bağlı yaradılan vəziyyətə toxunaraq, keyfiyyətə nəzarətin zəruriliyinə əhəmiyyət verib.
İqtisadçının sözlərinə görə, çətinliklərə baxmayaraq, Aİİ üzvlük Ermənistana böyük üstünlüklər verir.







