
Biz pul-kredit siyasətində bizim əsas hədəflərimizə çatmaq işində uğur qazanmışıq. Bu haqda Ermənistanın Mərkəzi bankının sədr müavini Armen Nurbekyan İctimai televiziyaya verdiyi müsahibəsində qeyd etmişdir.
“Xüsusilə, bizdə 2022-ci ilin sonunda 8 faizə yaxın yüksək inflyasiya var idi, Ermənistanda 2021-ci ildə də yüksək ilnfyasiya idi, bunun nəticəsində inflyasiya gözləntiləri artmışdı.
Biz məhz bu səbəblə faiz dərəcələrini qaldırdıq ki, bu da bizə inflyasiyanı hədəf indeksinə qaytarmağa imkan verdi və ilin yekunu olaraq bizdə ilin sonunda sıfır faiz inflyasiya olacaq. Bizdə mahiyyətcə yüksək iqtisadi artım, amma aşağı inflyasiya olacaq, bu özü dünyada nadir görünən hadisədir”-deyə o, bildirib.
Onun sözlərincə, əgər Ermənistandakı iqtisadi artım və inflyasiya birləşməsinə baxsaq, artıq ikinci ildir ki, bizdə yüksək iqtisadi artım, aşağı inflyasiya olduğunu qeyd edə bilərik.
Bu mənada aydındır ki, kifayət qədər yaxşı mövqeyindəyik. Çünki inflyasiya hədəfinə çata və inflyasiyanın proqnozlaşdırıla bilən səviyyədə saxlanması işinə tez başlamışıq. Biz inflasiyanı hədəfə qeri qaytarmaq naminə kifayət qədər uzun müddət faiz dərəcələri aşağı salırıq”-deyə Nuribekyan bildirmişdir.







