Başlıcaİctimaiyyət

Ermənistanın Ədliyyə nazirliyi “narkodronlara” qarşı israilli ləvazimatlarla mübarizə aparacaq

Ermənistanın Ədliyyə nazirliyi həbsxanalara narkotik buraxan dronların daxil olmasının qarşısını almaq üçün istifadə ediləcək xüsusi ləvazimatlar əldə edəcək. Bu haqda ER Ədliyyə naziri Qriqor Minasyan 2023-cü ilin nəticələrini yekunlaşdıran birifinq zamanı bildirib.

“Biz, görünür, İsrail istehsallı xüsusi ləvazimat almalıyıq ki, bu da dronların cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmasının qarşısını alacaq”, – deyə Minasyan qeyd edib.

Onun sözlərinə görə, dron kifayət qədər böyük məsafədən, 1 kvadratmetrə qədər dəqiqliklə həbsxana ərazisinə narkotik atmağa imkan verir.

Minasyan əlavə edib ki, qanunsuz əşyaların əksəriyyəti məhbuslara paylama materialları vasitəsilə çatır.

Daha çox göstər
Back to top button