
ABŞ ilk dəfə olaraq Ermənistanın ən böyük ticarət tərafdaşlarının siyahısında daxil olub. Bu haqda Yanvarın 8-də Ermənistanın İqtisadiyyət naziri Vahan Kerobyan jurnalistlərlə görüşundə bildirib.
O izah edib ki, Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı olmaqda davam edir, baxmayaraq ki onun payı ümumi indeksdə bir az aşağı düşüb. Nazir ikinci yerdə BƏƏ-in, ondan sonra Çin, Gürcüstan və ABŞ-ın olduğunu əlavə edib.
Kerobyan eyni zamanda vurğulayıb ki, Ermənistan iqtisyadiyyatın diversifikasiyası istiqamətində işləməyi davam edir.
“2023-cü ilin bütün məlumatlarına görə, xarici ticarət dövriyyəsi ÜDM-ə nisbətdə təxminən 110% təşkil etmişdir. Bu, Ermənistan üçün rekorddur. İxracın ÜDM-ə nisbəti 54,5% təşkil edəcək, hökumətin 2026-cı ilə qədər hədəfi isə 60%-dir”, -deyə Vahan Kerobyan qeyd edib.







