BaşlıcaSiyasət

Təhlükəsizlik Şurasının katibi: “Bononun səfərinin əsas məqsədi Vaşinqtonda üçtərəfli görüşün təşkilidir”

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya bildirib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Lui Bononun səfərinin əsas məqsədi Vaşinqtonda üçtərəfli görüşün təşkili, yekunlaşma və danışıqlarda irəliləyişə sülh müqaviləsinin imzalanması və  nail olmaqdır.

Qriqoryan isə Bakının razılığının olub-olmamasına aydınlıq gətirməyib.

Rəsmi Bakı son vaxtlar fəal şəkildə vasitəçisiz ikitərəfli görüşdən danışır.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Yerevan və Bakı yanvarın sonunda demarkasiya komissiyalarının növbəti iclasının keçirilməsi barədə razılığa gəliblər. Bundan başqa, yanvarın 4-də Ermənistan tərəfi sülh müqaviləsinin başqa variantını Azərbaycana təhvil verib.

“Şifahi danışıqlar zamanı razılaşdığımız məsələlər var, lakin biz sülh sazişinin mətnində müəyyən geriləmələr gördük. Amma ümumilikdə götürdükdə irəliləyiş əldə etdiyimiz məqamlar da var” –  deyə Qriqoryan detalları açıqlamayıb.

Daha çox göstər
Back to top button