Fransa XİN-yi Azərbaycanın ittihamlarını rədd edərək, vətəndaşının azadlığa buraxılmasını tələb edib

Fransa Xarici işlər nazirliyi Azərbaycanın daxili işlərinə qarışmaq ittihamlarını rədd edərək, Bakıda saxlanılan vətəndaşının azadlığa buraxılmasını tələb edib.
Alınan məlumata görə, bu haqda Fransa XİN-in mətbuat xidməti məlumatlandırıb.
“Biz qətiyyətlə bildiririk ki, Azərbaycanın bizə qarşı düşmənçilik hərəkətlərinə haqq qazandırmaq məqsədini daşıyan ittihamlarını rədd edirik” – deyə agentlik fransalının Azərbaycanda həbsini özbaşınalıq səciyyələndirib.
Fransa xarici diplomatiya xidmətinin məlumatına görə, indiyədək Fransanın Bakıdakı konsulluğunun əməkdaşları iki dəfə saxlanılan vətəndaşa baş çəkə biliblər və diplomatlar onun yaxınları ilə əlaqə saxlayırlar.
“Artıq Azərbaycan hakimiyyətinə bildirmək imkanımız olduğu üçün biz bu həbsi əsassız hesab edirik və həmyerlimizi dərhal azad etməyə çağırırıq” – deyərək TASS Fransa Xarici işlər nazirliyinin mətbuat xidmətindən sitat gətirib.
Bir müddət əvvəl Fransa vətəndaşının Bakıda casusluqda şübhəli bilinərək həbs edildiyi açıqlanmışdı. Azərbaycan məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.







