BaşlıcaSiyasət

AB Şurası Ermənistandakı mülki müşahidə missiyasını genişlədirir

AB Şurası Ermənistandakı öz  mülki müşahidə missiyasını genişlədirmək və onun maliyyə xərcləri 2025-ci ilə qədər müəyyənləşdirmək üzrə qərar qəbul etmişdir.

“Biz AB Şurasının Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi qərarını alqışlayırıq. Missyanın şəxsi heyətinin artırılması AB-nin regionda sülh və təhlükəsizliyə sadiqliyini vurğulayır” – deyə missiyanın X mikrobloqunda bildirilir.

AB saytında dərc olunmuş qərarda qeyd olunur ki, 2023-cü ilin Yanvarın 23-dən 2025-ci ilin Fevralın 19-da olan  dövr ərzində missiya ilə bağlı xərcləri ödəmək üçün nəzərdə tutulan əsas maliyyə məbləği 39 milyon 35 min avro təşkil edəcək.

2023-cü ilin Dekabrında AB Xarici işlər üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, AB Ermənistandakı öz mülki müşahidə missiyasının sayı 138-dən 209-dək çatdıracaq.

2023-cü ilin Fevralın 20-də AB Ermənistanda iki illik mülki müşahidə missyanın başlanması haqqında xəbər verib. Missyanın məqsədləri planlaşdırılmış patrulların həyata keçirilməsi və vəziyyətə dair hesabatların təqdim edilməsi, Ermənistanın sərhədyanı rayonlarında sabitliyin təşviqi, AB-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması üçün şəraitin yaradılmasıdır.

2023-cü ilin Noyabrın 20-də Ermənistan və Avropa Birliyi erməni-azərbaycan sərhədində AB missyasının statusu barədə razılaşmanı imzalayıblar.

Daha çox göstər
Back to top button