
32 il öncə Yanvarın 20-də Bakıda erməni əhalisinin qırğınlarından sonra SSRİ silahlı qüvvələri və azərbaycanlı silahlı formalaşmaları arasında toqquşmalar hər iki tərəfdən itkilərə gətirib çıxarıblar.
Neytral mənbələrin məlumatına əsasən, “Qara Yanvarın” hadisələri ərzində 131-dən 170 nəfər həlak olub, 700-ə yaxın insan yaralanıb. Ermənilərin azərbaycanlılarla Sovet ordusu arasında baş vermiş hadisələrinə heç bir əlaqəsi olmadığına baxmayaraq, Azərbaycan tərəfi bu hadisələri öz ermənifobiya siyasətində həmişə istifadə edir. 1990-cı ilin Yanvar hadisələrini tam şəkildə anlamaq üçün bundan əvvəl nə baş verdiyini bilmək lazımdır.
Azərbaycanda 1990-cı ilin “Qara Yanvarı”ndan öncə gözə çarpan kütləvi zorakılığın həyəcanverici xəbərləri bəlli oldu: müdafiəsiz erməni əhalisini nə hərbçilər, nə də hüquq-mühafizə orqanları müdafiə etmək fikrində deyildilər. Xalq Cəbhəsi, harada ekstremistlər elmi xadimləri sıxışdırdılar, yerli partiya rəhbərliyi hakimiyyəti itirməsindən vahimələrək və bu əmələ əl atıb.
1990-cı ilin Yanvarın 12-də ermənilərin yeddi günlük qırğınlarına başlanılıb. Bu, birdəfəlik kortəbii aksiya olmayıb, Azərbaycanın anti-erməni hərəkətlərindən biri idi. Bəzi mənbələrin Bakıda ermənilərin qırğınlarını Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair bəyannamsəinin qəbuluna birbaşa cavab olduğunu bəyan etməsinə baxmayaraq, reallıq odur ki, ermənilər bu bəyanaməni Azərbaycanın sovet dövrü də daxil olmaqla bütün 20-ci əsr ərzində apardığı anti-erməni siyasətinə cavab olaraq qəbul ediblər.
1988-ci ildən başlayaraq Bakıda Sovet Azərbaycanı hakimiyyətinin tam dəstəyi ilə radikallar tərəfindən böyük mitinqlər keçirilirdi. 1990-cı ilin Yanvarın 12-də Bakıda Lenin meydanında genişmiqyaslı mitinq keçirib ki, həmin zaman Azərbaycanın “Xalq cəbhəsi”-nin liderləri və digər radikallar insanları “Azərbaycanın ərazi bütövlüyü və suverenliyini ermənilərdən müdafiə etməyə” çağırıblar.
Az sonra gənc radikallar Bakıda dolaşmağa başladılar, erməniləri hədələyərək şəhəri tərk etməyə çağırdılar.
Həmin günün axşamında nümayişçilər ermənilərə hücüm etməyə başlayıblar. Tomas de Vaal yazır ki, aktivstlər Sumqayıtda xüsusui qəddarlıq həyata keçirirdilər. Erməni evləri yandırılıb talan edildi, ermənilər soyuqqanlıqla öldürülürdü. Müxtəlif mənbələr azərbaycanlıların qəddarlığından danışıblar.
Daha sonra sovet hərbiçisi Aleksey Vasilyev öz ifadəsində deyib ki, çılpaq erməni qadınını pəncərədən yanan mebellərlə necə atıldığının şahidi olub.
Qırğınlardan sonra Bakıda olmuş amerikalı jurnalist Bill Keller “New York Times” qəzetinə verdiyi hesabatda yazıb:
“Orda-burda taxta pəncərələr və ya qaralmış divarlar ermənilərin kütlə tərəfindən qovulduqları, əmlaklarının eyvanda yandırıldığı mənzili təsvir edir. Kütlənin qorxusundan şəhəri tərk edən erməni kilsəsi indi yanmış xarabalığa çevrilib. Qonşuların dediyinə görə, yanğınsöndürənlər və polis bu ilin əvvəlində vandalların binanı dağıtmasına müdaxilə etmədən onlara baxdılar”.
Maraqlıdır ki, Bakının rus əhalisinə qarşı zorakılıq aktları da olub. Bakıdan Rusiyaya qaçmış həkim, hərbiçi xanımı Valentina Okolzina xatırlayır ki, yanvarın 18-dən 19-na keçən gecə qonşusu azərbaycanlı, polis əməkdaşı onların yanına gələrək, getmələri barədə xəbərdarlıq edib. O, sənədlərin çantasını götürüb hərbi hissəyə getdi. Sonra onları zirehli transportyorda güllələr altında hərbi aerodroma aparıblar, oradan o digər ruslarla birlikdə Bakını tərk edib.
Qeyri-insani hərəkətlər, zorakılıqlar, vəhşiliklər və qətllər SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçovun fərmanı ilə Bakıya göndərilmiş SSRİ Silahlı qüvvələri İttifaqı Şurasının sədri Yevgeni Primakov, Daxili işlər naziri Vadim Bakatin, eləcə də SSRİ Silahlı qüvvələrinin 106-cı Hava desant diviziyasının komandiri, ermənilərin qətliamlarının şahidi olan general-mayor Aleksandr Lebed sübut edir.
Radikalların liderlərində biri Etibar Məmmədov qəddar hərəkətlər haqqında ifadə verib və hakimiyyətin aktivistlərə heç bir şəkildə mane etmədiyini əlavə edib. O, deyirdi ki, polis hadisə yerinə yaxın olanda iki erməninin öldürüldüyünü görüb.
Qırğınlar bir həftə davam edib, onların nəticəsində 150 erməni öldürülüb, 300-dən çoxu yaralanıb və 200 mindan çoxu isə şəhəri tərk etməli idilər.
Bütün bu zaman Sovet hakimiyyəti köməksiz ermənilərin öldürülməsini və işgəncələrə məruz qalmasını, sadəcə olaraq,seyr edirdilər.
Yanvarın 20-də erməni əhalisinin şəhərdən qovulmasından sonra Sovet İttifaqının qoşunları Bakıya girdi və hərbi vəziyyət elan edildi.
Mixail Gorbaçov bildirib ki, azərbaycan silahlı radikalları Sovet qoşunlarına atəş açmışlar, bu isə toqquşmaların səbəbinə çevirilib. Sovet İttifaqının qoşunları və Azərbaycanın silahlı qruplaşmaları arasında atışma başlayıb. Sovet qoşunları bir gün ərzində radikal nümayişçilərin müqaviməti qıra bildilər.
Hadisələrin xronologiyasından gördüyümüz kimi, Bakıda ermənilərin qırğınalrı və “Qara Yanvar” hadisələri arasında əlaqə var. Amma o, Azərbaycan hakimiyyətinin göstərməyə çalışdığı formada deyil. Sovet qoşunalrının Bakıya girməsinin səbəblərindən biri də ermənilərin qırğınları olub, lakin azərbaycan radikal qrublarının öz hakimiyətinin tam dəstəyi ilə qırğınlar təşkil etmək və ermənilərin öz evlərində qətlə yetirmək qərarına gəlməsində dinc erməni sakinlərinin günahı yoxdur.
Gördüyümüz kimi, Azərbaycan hakimiyyəti öz tarixinin hər episodu öz ermənifob siyasətində istifadə etməyə çalışırlar. Ermənilarin “Qara Yanvar” hadisələrində günahkar olması barədə bəyanat populizm aktından başqa bir şey deyil.
Azərbaycan hətta öz xalqının ölümü faktını manipulyasiya edərək öz cəmiyyətinin gözü qarşısında erməniləri ləkəyəməyə davam edir.
“Orbeli” analitik mərkəzinin eksperti David Sargsyan.







