
Rəsmi Bakıdan gələn bəyanatlar belə təəssürat yarada bilər ki, Azərbaycan sülh prosesini bilərəkdən dalana dirəmək istəyir, lakin belə olan halda belə Ermənistan öz strategiyasını dəyişmək istəmir.
Alınan məlumata əsasən, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan “KP” partiyasının təşəbbüs qrupunun iclasında sülh prosesinin təfərrüatlarını təqdim edərkən bəyan edib.
“Rəsmi Bakının bəyanatları hətta belə təəssürat yarada bilər ki, Azərbaycan sülh prosesini qəsdən, bəzi əlavə məqsədlərlə dalana dirəmək istəyir. Amma məncə, bu şərhlə belə, biz strategiyamızı dəyişməməliyik. Bizim strategiyamız belə olub. Almatı Bəyannaməsinə əsaslanan ER suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün möhkəmləndirilməsi və təsdiqi olaraq davam etməlidir, çünki bu, bütün beynəlxalq ictimaiyyətin anlayışıdır” – deyə Baş nazir bildirib.
Qənaətincə, Azərbaycanın onun qeyd etdiyi ən pis senarini rəhbər tutduğu üzə çıxsa belə, bu, Ermənistan tərəfinin strategiyasını dəyişməməlidir. Ermənistanın strategiyası legitimliyə dayaqlanmalıdır.







