BaşlıcaSiyasət

Paşinyan  delimitasiya prosesi  barədə: “1991-ci ildə mövcud olan sərhəd sənədləşdirilməlidir”

Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi sərhədlər yaratmamalı, 1991-ci ildə və ya Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhəd inzibati sərhəd kimi sənədli formada təkrarlanmalıdır;

Bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan “KP” partiyasının təşəbbüs qrupunun iclasında sülh sazişi üzərində işin təfərrüatlarını təqdim edərkən qeyd edib..

2022-ci il oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycanın 1991-ci ildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması barədə Almatı bəyannaməsiylə razılaşma əldə olunub.

Almatı bəyannaməsində isə deyilir ki, Sovet İttifaqı mövcudluğu dayandırır və protokollaşdırılıb ki, Sovet İttifaqının o respublikaları  hansılar ki, Almatı bəyənnaməsini imzalamışlar, onların inzibati sərhədləri  dövlət sərhədlərinə çevrilir.

Almatı bəyannaməsini imzalayan Mərkəzi onların inzibati sərhədlərinin dövlət sərhədinə çevrildiyini bildirir. Biz deyirik ki, həmin  prinsipi qəbul edirik.  Və faktiki olaraq Praqada dördtərəfli bəyanat qəbul olundu və  Azərbaycan  həmçinin bunu qəbul edib.

Biz deyirik, bu da göz qabağındadır ki, delimitasiya prosesi sərhədlər yaratmamalı, 1991-ci ildə mövcud olan sərhəd sənədli şəkildə yerdə təkrar olunmalıdır.

Yaxud, Sovet İttifaqı respublikaları arasında inzibati sərhəd kimi olmalıdır” – deyərək Baş nazir bildirib.

Paşinyan vurğulayıb ki, bu, sülhə nail ola biləcək düsturdur.

Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında mövcud ikitərəfli iş kəməri konkret nəticələr verməlidir və nəticə ondan ibarətdir ki, Ermənistan və Azərbaycan nəinki qeyd-şərtsiz bir-birinin ərazi bütövlüyünü tanımaq iddiasındadır, həm də bu reallıq de-yure sülh müqaviləsində təsbit edilmişdir;

“Həm Ermənistanın, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri var. ER-nın beynəlxalq səviyyədə tanınmış ərazisi Ermənistan Sovet Sosialist Respublikasının ərazisidir  və biz bu beynəlxalq səviyyədə tanınmış ərazinin suverenliyini və ərazi bütövlüyünü qorumaq mövqeyində durduğumuz zaman, peşəkar iş şəraitində bizim təhlükəsizliyimiz üçün də əlavə amil təmin etməli olan qanuni əsas üzərində dayanırıq” –  deyərək Paşinan vurğulayıb.

Daha çox göstər
Back to top button