Yanvarın 27-28-də Artsaxın müdafiəsi naminə Avropanın 50-dən çox ölkəsində mitinq və aksiyalar təşkil edilib

“Avropalılar Artsax naminə” hərəkatı 2024-cü ilin Yanvarın 27-28-də Artsax xalqının müdafiəsi naminə ikinci ümumavropalı konsolidasiyasını keçirib. Birincisi 2023-cü ilin Oktyabrın 1-də Belçikanın paytaxtı Brüsseldə və Avropanın 13 şəhərində təşkil olunmuş eynivaxtlı etiraz aksiyaları olub. Bu haqda HYD (Erməni İnqilabi Daştaktsutyun) ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Bu dəfə “Avropalılar Artsax naminə” hərəkatı Avropanın 50-dən çox ölkəsində təşkil edilmiş müxtəlif təşəbbüslər vasitəsilə Avropa Birliyi, avropalı ölkələr, eləcə də Avropa Şurasının rəhbərliyindən Azərbaycanı etnik təmizləmə və soyqırım siyasəti üçün mühakimə etmək, erməni əsirləri və Artsaxın hərbi-siyasi rərbərliyinin nümayəndələrini azad etmək, məcburi köçkün düşmüş Artsax ermənilərinə dəstək göstərməyi tələb etmək, eləcə də Bakıya qarşı sanksiyalar tətbiq etməyi tələb edib.
Təşkil olunan tədbirlərdə yüzlərlə avropa-erməni təşkilatı birgə iştirak edib. İki gün davam edən tədbirlərin uğurlu keçməsində icma şuraları, kilsə, siyasi, xeyriyyə, idman, gənclər, mədəni, yerli və ümumerməni birliklərinin mühüm rolu olub.
Avropa ermənilərinin bu hərəkatının əsas məqsədi ümidsizliyi və məğlubiyyətçi münasibəti rədd etmək, öz maraqlarını qorumaq üçün Avropa və bütövlükdə dünya ermənilərinə həssaslıq və mübarizəyə çağırış göndərmək idi.
Minlərlə erməni nümayəndəsinin iştirakı göstərib ki, Avropa ermənilərinin güclü bir hissəsi Artsaxın səhifəsini bağlı hesab etmir və mübarizəni davam etdirməkdə həlledicidir.
Təşkil olunmuş tədbirlərə toplantılar, nümayişlər, maarifləndirmə tədbirləri, mətbuat konfransları, xeyriyyə işləri, mühazirələr, film nümayişləri və s. daxil idilər və orada bir çox xarici siyasi partiyalar, parlamentarilər, yerli özünüidarəetmə orqanlarının məsulları, ümumiyyətlə, siyasi xadimlər, eləcə də çoxlu sayda jurnalistlər iştirak edirdi.
Tədbirlərin digər millətli iştirakçıları da Artsax ermənilərinin hüquqlarının bərpası uğrunda mübarizəni davam etdirməyə hazır olduqlarını bildiriblər.
Görüşlər ərzində Artsax Respublikası Parlamentinin fraksiyalarının mesajı oxunub, bununla da sonuncular “Avropalılar Artsax naminə” hərəkatına dəstəklədiyini bildirib və əlavə ediblər ki, “bu fəlakətli şəraitdə ümid doğuran müstəsna impulslardır” və Artsax erməniləri adından “Arsaxa dəstək məqsədi ətrafında gündəliyin formalaşdırılması üzrə genişmiqyaslı iş vasitəsilə yüzlərlə Avropa təşkilatı tərəfindən göstərilən qayğıya və dəstəyə hazır olduqlarına görə minnətdarlıqlarını bildirirlər”.
“Avropalılar Artsax naminə” hərəkatı öz şəbəkəsini genişləndirəcək və 2023-cü ildə İyun ayında onun tələblərinə qoşulan 470 Avropa təşkilatının siyahısına bir çox erməni və xarici təşkilatlar əlavə olunacaq.
Yaxın zamanlarda Avropa Birliyi və Avropa ölkələrinin rəhbərlərinə ünvanlanmış yeni tələb məktubu və ona qoşulan yüzlərlə təşkilatın yeni siyahısı ictimaiyyətə təqdim olunacaq.







