
Münasibətlərimizin harada, kim tərəfindən və hansı səviyyədə olmasından asılı olmayaraq, Böyük Vətən Müharibəsi, Sovet İttifaqı hərbçilərinə həsr olunmuş abidələrin məhv edilməsi yolverilməzdir.
Verilən məlumata görə, həftəlik brifinqdə Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Vətən Müharibəsi qəhrəmanlarının abidələrinin azərbaycanlılar tərəfindən dağıdılmasından danışıb.
“Biz bu cür halları diqqətlə izləyirik. Biz azərbaycanlı tərəfdaşlarımızla ikitərəfli təmaslarımız zamanı belə faktları mütləq müzakirə edəcəyik” – deyərək Zaxarova bildirib.
Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsinin fikrincə, Bakı və Yerevan birgə yaşadıqları və bu abidələrin ilk növbədə təsdiq etdiyi ümumi tarixə hörmət etməlidirlər.







