
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən nüvə enerjisi sammitində iştirakını təsdiq edib
Bu barədə journalist ilə söhbətində Belçikanın Ermənistandakı səfiri Erik de Muink bildirib.
“Martın 21-də Brüsseldə atom enerjisinə həsr olunmuş sammit təşkil olunur, onun iştirakı artıq Baş nazir Nikol Paşinyan tərəfindən təsdiqlənib.
O, hazırda Brüsseldə olacaq və Belçika hakimiyyətinin nümayəndələri ilə görüşmək imkanı əldə edəcək” – deyə səfir Ermənistan və Belçika arasında gələcək yüksək səviyyəli səfərlər məsələsinə münasibət bildirib.
Martın 21-22-də Brüsseldə atom enerjisinə həsr olunmuş sammit keçiriləcək. Beynəlxalq Atom Enerjisi Agentliyi xəbər verir ki, bu, nüvə enerjisinə həsr olunmuş ilk sammit olacaq. Sammit qlobal problemlərin həllində nüvə enerjisinin rolunu vurğulamaq üçün dünya liderlərini bir araya gətirəcək. Sammitə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qross və Belçikanın Baş naziri Aleksandr de Krua həmsədrlik edəcək







