Başlıcaİctimaiyyət
“Vnukovo” hava limanında erməni dilində bildirişlər olacaq

“Vnukovo hava limanında erməni və gürcü dilində bildirişlər olacaq. Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
“SHOT”-un məlumatına görə, bütün infrastrukturun yenilənməsi üçün müqavilə imzalayıb. Sazişin dəyəri 1.650.000 rubl təşkil edir. Vnukovodan Tbilisi, Batumi, Gumri və Yerevana gündəlik bir neçə reys var. Gürcü və erməni dillərində bildirişlər əcnəbi sərnişinlərə öz qapılarını daha tez tapmağa kömək edəcək və təyyarənin yola salınmasını gecikdirməyəcək.
İndiyədək Vnukovoya beynəlxalq uçuşlar türk, alman, özbək, tacik, fars, azərbaycan və digər dillərdə elan edilirdi.







