
Hay Datın Amerkia komitəsinin sədri Raffi Hambaryan Martın 21-də Senat və Nümayəndələr palatasının rəhbərliyi, hər iki palatanın xarici işlər, hərbi xidmətlər və təxsisatlar komissiyalarının sədrlərinə ünvanlanmış məktubla Bayden administrasiyasının Azərbaycan tərəfindən Artsax ermənilərinin soyqırımının qarşısını almaq və diktatura rejimini öz təcəvüzü üçün məsüliyyətə cəlb etmək işində uğursuzluğunu sərt şəkildə qınayıb.
Məktubda xüsusilə Bayden administrasiyasının atdığı o addımlar vurğulanır ki, onların nəticəsində Azərbaycan heç bir məsuliyyətə cəlb olunmayıb. Bu maddələri diqqətinizə təqdim edirik.
“Azadlığa dəstək aktının” 907-ci maddəsini tədbiq etmək seçkiqabağı vədinə baxmayaraq, hətta 2021-ci ildə Azərbaycanın Ermənistanın suveren ərazisini işğal etməsi və 2023-cü il Artsaxın bolkadasından sonra Azərbaycana hərbi yardıma yenidən icazə verilməsi.
Azərbaycan tərəfindən Artsaxın 10 aylıq blokadasını humanitar böhran elan etməməsi, Bakının aclıqdan danışıqlar aləti kimi istifadə etməsi, bunu legitimləşdirməsi.
Qafqaz danışıqları üzrə xüsusi müşaviri Lui Bononun ictimai bəyanatında Azərbaycanın təcavüzünün qarşısını almaq üçün sanksiyaların tətbiq edilməsinin istisna edilməsi, hansı ki, Amerikanın Bakı üzərində təsir rıçaqlarını zəiflədir.
Senatın Xarici əlaqələr komitəsinin dinləmələri zamanı ABŞ-ın “etnik təmizləmə hansısa cəhdini qəbul etməyəcəyini” bildirməsinə baxmayaraq, Artsaxa hərbi hücumdan sonra Azərbaycana müəyyən nəticələrə məcbur etməkdən imtinası.
Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenin Dağlıq Qarabağa hücumdan sonra Azərbaycanla “sadəcə heç bir işin olmayacağını” bəyan etməsinə baxmayaraq, hesabatlılığın olmadığı bir şəraitdə Azərbaycanla yüksək səviyyəli münasibətlərin bərpası.
Azərbaycan qüvvələrinin Ermənistan ərazisindən dərhal çıxarılmasını və ya Artsax ermənilərinin beynəlxalq səviyyədə təmin edilmiş qayıtma hüququnun həyata keçirilməsini tələb etməməklə yanaşı, Ermənistan və Azərbaycan arasında prinsipcə qeyri-bərabər və ədalətsiz “sülh prosesinin” legitimləşdirilməsi.
Kiprin işğalı, Suriya və İraqda kürd əhalisinə hücumlar və Artsaxın etnik təmizləməsindən tutmuş Azərbaycana Ermənistan Respublikasının suveren ərazisinin işğalında yardıma qədər Türkiyənin regional sabitliyi pozmaq cəhdlərinə baxmayaraq, Türkiyə Respublikasına F-16 və digər müdafiə texnologiyalarının satışına icazə verilməsi.
Konqres liderlərini Azərbaycanı məsuliyyətə cəlb etmək üçün konkret addımlar atmaq üçün administrasiyaya açıq şəkildə təzyiq göstərməyə çağıran Hambaryan, eyni zamanda, qanunsuz həbs edilmiş erməni hərbi əsirlərin və Artsaxın siyasi liderlərinin dərhal və qeyd-şərtsiz azad edilməsi, Artsaxın etnik ermənilərinin geri qaytarılması, o cümlədən onların fərdi və kollektiv mülkiyyət hüquqlarının qorunması, habelə dini və mədəni irs obyektlərinin tam qorunmasını təmin etmək zərurətini vurğulayır.







