
Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb guya ki, Ermənistanın Silahlı Qüvvələri sərhəd zonasının müxtəlif istiqamətlərində canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları və digər ağır atəş vasitələrinin cəmləşdirilməsi həyata keçirir. Bu məlumatı həiqətə uyğun deyil.
Ermənistan Respublikasının Müdafiə Nazirliyi onu da bildirir ki, dünən, martın 30-da Ermənistan Respublikası Silahlı Qüvvələrinin sıralarına təlim prosesi çərçivəsində yeni qəbul olunmuş sürücülərin kortejinin fotoları bir neçə Telegram kanalında yayılıb, bunları sərhədlərə doğru hərbi hərəkat kimi təqdim etməyə çalışılıb. Bu da həqiqətə uygun gəlmir.
ER Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində əməliyyat vəziyyətini stabil qiymətləndirir və sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac görmür.







