
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatlarını şərh edib.
“Qeyd etmək istərdim ki, Aİ-nin monitorinq missiyası bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədi sabitdir, qoşunların və ya artilleriyanın qeyri-adi hərəkəti müşahidə olunmur.
Biz sərhəddə gərginliyə və hərbi əməliyyatlara səbəb ola biləcək ritorikadan çəkinmək çağırışında davam edirik.
Biz bütün insanların hüquqlarına hörmət edilən, regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasına çağırmaqda davam edirik. Və siz bu kürsüdən məndən eşitdiyiniz kimi, bir çox hallarda davamlı sülhə nail olmağın yeganə yolu danışıqlardan keçir”, – diplomat vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton həm Ermənistana, həm də Azərbaycana eskalasiyanın heç kimin maraqlarına cavab vermədiyini bildirməyə davam edəcək.







