BaşlıcaSiyasət

Brüsseldə keçiriləcək üçtərəfli görüşlə bağlı Moskva və Bakının narahatlığını başa düşə bilmirəm: Fransa səfiri

Fransanın Ermənistandakı səfiri Olivie Dekotini aprelin 5-də Brüsseldə keçiriləcək Paşinyan-Blinken-Ursula fon der Leyen görüşünün Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdidlər yaradacağı ilə bağlı Bakı və Moskvadan gələn fikirlərə toxunub.

Səfir İctimai televiziyaya müsahibəsində deyib ki, humanitar böhranlar və ərazi təhdidləri ilə üzləşən ölkəyə kömək etməyin regionun təhlükəsizliyinə necə zərər verə biləcəyini başa düşmür.

“Mən başa düşə bilmirəm ki, humanitar böhranla üzləşən, ərazi təhdidləri ilə üzləşən ölkəyə kömək etmək regionun təhlükəsizliyinə necə zərər verə bilər. Mənim üçün bu narahatlıqlar anlaşılmazdır”, – Dkotini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın Qərb və Fransanın Cənubi Qafqaza qeyri-sabitlik gətirməsi ilə bağlı bəyanatına toxunan səfir bildirib:

“Son illərdə gördüyüm odur ki, Ermənistanın köməyə ehtiyacı olanda Rusiya orada deyildi. Bu gün Ermənistana Qərb köməyə gəlir. Ermənistanın ərazisi bir ölkə tərəfindən hücuma məruz qalanda Yerevanın rəsmi müttəfiqi olan, KTMT üzvü kimi Rusiya Ermənistanın köməyinə gəlmədi.

Heç kimə sirr deyil ki, 2023-cü ildə Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyata başlayanda 2020-ci ildən atəşkəsin təminatçısı olan və Qarabağda sülhməramlı qoşunları olan Rusiya müdaxilə etməyib. Rusiya sülhməramlıları öz kazarmalarından yalnız Dağlıq Qarabağın de-fakto hakimiyyətinin qüvvələrinin tərksilahı zamanı Bakı ilə atəşkəs imzaladıqdan sonra çıxıblar. Deməli, Ermənistanın təhlükəsizliyini dəstəkləməyən bir ölkə varsa, o da Rusiyadır.

Atəşkəs Azərbaycan tərəfindən pozulduqda atəşkəsin təminatçısı olan Rusiya qarant rolunu oynamadı. Çox aydındır ki, Dağlıq Qarabağda həmin atəşkəsə təminat verməli olan qüvvələr Rusiya qüvvələri idi. Dağlıq Qarabağı tərk edən qaçqınlara gəlincə, onlar bunu 9 aylıq mühasirədən və amansız hərbi hücumdan sonra ediblər. Bu blokadanı avropalılar təşkil etməyib, bu vəhşi hücumu avropalılar təşkil etməyib”,- səfir qeyd etdi.

Daha çox göstər
Back to top button