BaşlıcaSiyasət

Bakı hərbi təxribatlar üçün zəmin yaradır – VİDEO

Son günlərdə Bakının Ermənistana qarşı hərbi texnikasının cəmləşdirilməsi, qoşunların hərəkəti və Azərbaycan mövqeləri istiqamətində atəş açmasına dair əsassız açıqlamaları Azərbaycanın yeni təxribatlar üçün zəmin hazırladığını deməyə əsas verir. Regional məsələlər üzrə ekspert Armen Petrosyanın fikrincə, son illər Bakı məhz bu vasitələrdən istifadə edərək həyata keçirəcəyi hərbi təxribatlara bəraət qazandırmağa və ya güc tətbiq etmək hədəsi ilə öz ekspansionist məqsədlərinə nail olmağa çalışıb.

“Bu kövrək siyasi və regional vəziyyətdə Azərbaycan yeni hərbi eskalasiya üçün siyasi və təbliğat əsasları yaratmaq istəyir. Çünki biz Ermənistan tərəfindən məntiqi olaraq əks siyasəti görürük, yəni rəsmi Yerevan yeni hərbi eskalasiyaya yol verməmək üçün bütün mümkün istiqamətlərdə mövcud mübahisəli məsələləri həll etməyə çalışır”.

Azərbaycanın Müdafdiə Nazrirliyinin bəyanatlarını təkcə ER Müdafiə Nazirliyi deyil, Aİ-nin Ermənistandakı missiyası da təkzib edib. Azərbaycanın iddialarının əksinə olaraq, “müşahidəçilər sərhəddə hər hansı qeyri-adi hərəkət müşahidə etməyiblər” və hər şeyin sakit olduğunu bildirirlər. Nəticədə Bakı aqressiv ritorikasını gücləndirdi, çünki həm Ermənistan-Qərb münasibətlərinin dərinləşməsi, həm də Aİ müşahidəçilərinin qərəzsiz bəyanatları Azərbaycanın maraqlarına uyğun deyil.

“Ermənistanın siyasəti Qərbin sülhün bərqərar olması üçün tarixi an olması mesajları ilə çox uyğundur. Bu regionda yeni hərbi təxribatlara yol verilməməsi ilə bağlı müxtəlif xəbərdarlıqlar da var”.

Armen Petrosyanın fikrincə, bu, sülh müqaviləsinin imzalanması üçün tarixi şansdır, lakin rəsmi Azərbaycan fürsəti dəyərləndirmir, nəticədə çox güman ki, onlar indiki anda əldə etdikləri nailiyyətlərdən həzz ala bilməyəcəklər.

“Aydındır ki, istənilən cəmiyyət, hansı regionda olmasından, hansı problemlərlə üzləşməsindən və imkanlar görməsindən asılı olmayaraq, son nəticədə sülh istəyir. Çünki bölgədə sülh olmasa, hərbi güclə əldə etdiyini inkişaf etdirə bilməzsən”.

Azərbaycanın hərbi-siyasi rəhbərliyi son bəyanatları ilə həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq ictimaiyyətdə imitasiya yaratmaq istəyir ki, Azərbaycan yaxın gələcəkdə hərbi güc tətbiq etməyə “məcbur olacaq”, üstəlik, bütün bunların məsuliyyətini də ER hakimiyyətinin öz üzərinə qoymağa çalışır.

Əliyev rejimi başa düşməlidir ki, sülh kompromis yolu ilə əldə edilir. Bakı rejiminin anti-erməni siyasəti, güc nümayiş etdirmək istəyi müəyyən mərhələdə müvafiq reaksiyaya səbəb olacaq və bu, regionumuzda yeni müharibənin qapısını açacaq.

Daha çox göstər
Back to top button