
Ermənistan və Aİ təhlükəsizlik sahəsində əməkdaşlıqda irəliləyiş əldə edib.
Bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos Ermənistan parlamentində “Ermənistanın Avropaya inteqrasiyasının yeni perspektivləri və çağırışları” mövzusunda parlament dinləmələri zamanı deyib.
Bu kontekstdə o, siyasi dialoqun aktivləşdirilməsinə, eləcə də təhlükəsizliklə bağlı məsələlərin aydın və səmimi müzakirəsinə diqqət çəkib.
Səfir Aİ-nin müşahidə missiyasını da xatırladıb: “Aİ missiyası sərhəd bölgələrində təhlükəsizliyin gücləndirilməsi istiqamətində erməni xalqı üçün aydın və başa düşülən addımlar atır”, – deyə Maraqos bildirib.







