
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç aprelin 8-də Ermənistana rəsmi səfərə gələcək.Bu haqda ER Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
“Digər yüksək səviyyəli tədbirlərlə yanaşı, Avropa Şurasının Baş katibinin Xarici işlər naziri Ararat Mirzoyanla görüşü olacaq” – deyə agentliyin sözçüsü qeyd edib.







