BaşlıcaSiyasət

Mətbu: “Rusiya sülhməramlıları Dağlıq Qarabağı tərk edir”

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ və ətraf rayonları tərk edir. Bu barədə Sputnik Azərbaycan mətbuatına istinadən məlumatlandırıb.

Məlumatlara görə, sülhməramlı hərbi qrupun ilk şəxsi heyəti və hərbi texnikası bir neçə gün əvvəl Karvaçar(Kəlbəcər) rayonunda olan  erməni Dadivank monastırının ərazisini tərk edib. İndi monastır Azərbaycan Daxili işlər nazirliyinin əməkdaşları tərəfindən qorunur.

“Sosial şəbəkədə Rusiya texnikası karvanının Tərtər və Bərdə rayonlarından keçməsini əks etdirən video da yayılıb. KİV Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına başlandığını yazır.

“Xatırlatmaq istərdik ki, Rusiya sülhməramlıları Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağ ərazisinə yerləşdirilib” – deyərək mətbu qeyd edir.

Daha çox göstər
Back to top button