BaşlıcaSiyasət

ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaza səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın Xarici işlər naziri Yan Borq Cənubi Qafqaza səfər edəcək. Bu haqda TURAN-a Vaşinqtonda məlumat verilib.

Onun sözlərinə görə, ATƏT-in qlobal siyasi və təhlükəsizlik arxitekturasındakı nüfuzu “təhdid altındadır”. Eyni zamanda, təşkilatın diqqəti Ukrayna ilə yanaşı, həm də uzanan münaqişələrə, o cümlədən Dnestryanı və Cənubi Qafqazdakı vəziyyətə yönəlib.

“Mənim Serbiya, Kosovo və Moldovaya son səfərlərim, eləcə də Cənubi Qafqaza qarşıdakı missiyam etimadın bərpası və ATƏT-in rolunun gücləndirilməsi üçün tərəfdaşlarla dialoqun qurulması üzrə birgə səylərin bir hissəsidir”.

Daha çox göstər
Back to top button