
Danimarka nümayəndə heyəti AB-nin Ermənistandakı monitorinq missiyasına qoşulub. Alınan məlumata görə, bu barədə Avropa Birliyinin monitorinq missiyası X-in mikrobloqunda məlumatlandırıb.
“Danimarkanın Sülh və Demokratiyanın Yerləşdirilməsi mərkəzinin nümayəndə heyəti AB-nin Qorisdəki Monitorinq missiyasının əməliyyat idarəsinə baş çəkib və yerlərdə vəziyyətlə daha yaxından tanış olmaq üçün bölgədəki patrula qoşulub. Danimarka nümayəndə heyətinə missiyaya ardıcıl dəstəyə görə təşəkkür edirik” – deyərək məlumatda bildirilir.







