BaşlıcaSiyasət

Ermənistan səfiri: Qarabağın bütün keçmiş rəhbərləri Rusiya sülhməramlı kontigentinin bazasından köçürülüb

Ruben Vardanyan oğurlanıb, Dağlıq Qarabağın bütün keçmiş rəhbərləri Rusiyanın müdafiəsi altında olub. Onlar Rusiya sülhməramlı kontingentinin razılığı ilə Azərbaycana köçürülüblər. Bu barədə Ermənistanın AB-dəki səfiri Tiqran Balayan “The Moscow Times” qəzetinə müsahibəsində bildirib.

“Vardanyan Ermənistana getməyə çalışıb. Onlar [Azərbaycan] onun hansı maşınla Ermənistana getdiyini biliblər, ona görə də onu Rusiya tərəfinin fasiləsiz fəaliyyətini təmin etməyə borclu olduğu Laçın dəhlizindən qanunsuz olaraq oğurlayıblar.

Digər keçmiş rəhbərlər Bako Sahakyan, Arkadi Ğukasyan isə Dağlıq Qarabağ hava limanında yerləşən Rusiya sülhməramlı kontingentinin bazasından sözün əsl mənasında Azərbaycana gətiriliblər. Onlar hava limanında Rusiya bazasında və Rusiyanın müdafiəsi altında olublar.

Vardanyan Ermənistan vətəndaşıdır və onun, eləcə də Azərbaycanda qeyri-qanuni saxlanılan bütün girovların azad edilməsində şəxsən iştirak edirəm” – deyə o əlavə edib.

Daha çox göstər
Back to top button