BaşlıcaSiyasət

Ararat Mirzoyan qazaxıstanlı həmkarı ilə görüşüb

ER xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstan Respublikasına səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər Ermənistan və Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoqun inkişaf dinamikasını məmnunluqla qeyd ediblər. Qazaxıstan prezidentinin apreldə Yerevana səfəri zamanı aparılan müzakirələrə toxunulub, ikitərəfli gündəm məsələləri müzakirə olunub.

Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qazaxıstan platformasında, xüsusilə Almatı şəhərində keçiriləcək Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün simvolik xarakter daşıdığı vurğulanıb. Münasibətlərin tənzimlənməsi, o cümlədən sərhədin delimitasiyası prosesində Alma-Ata bəyannaməsinin əhəmiyyəti qeyd olunub.

Regional iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı məsələləri də müzakirə edilib.

Daha çox göstər
Back to top button