BaşlıcaSiyasət

Sputnik Armenia:“RF sərhədçiləri Syünik  bölgəsini tərk etməyə başlayıblar”

RF sərhədçiləri Syünik bölgəsini tərk etməyə başlayıblar. Məlumatı Sputnik Armenia yayıb.

Mənbə xəbər verir ki, onlar Qoris və Çakaten arasında mobil yerləşdirmə məntəqələrini bağlamağa başlayıblar.

Onlar 2020-ci ilin dekabrında 44 günlük müharibədən sonra bu əraziyə yerləşdirilib.

Bundan əvvəl ER-nın “KP” fraksiyasının rəhbəri Hayk Koncoryan Rusiya hərbçilərinin Geqarkunik, Syünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarıldığını bəyan edib.

Digər tərəfdən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iki ölkə liderlərinin mayın 8-də Moskvada keçirilən görüşü zamanı Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bir sıra bölgələrindən çıxarılması barədə razılıq əldə olunub.

Daha çox göstər
Back to top button