
Mayın 21-də ABŞ Sülh Korpusunun Mərkəzi idarəsinin direktoru xanım Kerol Spanın başçılıq etdiyi nümayəndə heyəti Sülh Korpusunun Ermənistan üzrə idarəsinin direktoru Coan Fairlinin müşayiəti ilə Erməni Soyqırımı Memorialını ziyarət edib.
Bu barədə Erməni Soyqırımı Muzey-İnstitutu məlumatlandırıb.
Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətinin üzvləri hörmət əlaməti olaraq Əbədi məşəl önünə gül dəstələri qoyub, Erməni Soyqırımının bir milyon yarım günahsız qurbanının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qonaqlar Erməni Soyqırımı Muzeyinə də baş çəkmiş, burada Erməni Soyqırımı Muzeyinin muzey işləri üzrə direktor müavini Lusine Abrahamyanın müşayiəti ilə daimi və müvəqqəti sərgilərlə tanış olmuş, bundan sonra xanım Karol Şpan Fəxri qonaqlar xatirə kitabına ürək sözlərini qqeyd etmişdir.







